Меню
Меню

Dizayn və Aerodinamika

Forthing S7 öz sinfində dünyanın ən aerodinamik avtomobillərindən biri hesab olunur.
  • Sürtünmə Əmsalı: 0.191 Cd (bu göstərici enerji səmərəliliyini artırır).
  • Ölçülər: Uzunluğu 4935 mm, eni 1915 mm, təkər bazası isə 2915 mm-dir.
  • Eksteryer: Gizli qapı tutacaqları, çərçivəsiz qapılar və idman üslublu krossover-sedan dizaynı.

Forthing S7, aerodinamik səmərəliliyi ilə dünya rekordçularından biri hesab olunur. Onun 0.191 Cd sürrtünmə əmsalı, avtomobilin hava müqavimətini minimuma endirərək həm mənzili uzadır, həm də yüksək sürətdə sabitliyi təmin edir. 

İnteryer və Texnologiya

  • Ağıllı Kokpit: 15.6 düymlük mərkəzi ekran və 8.8 düymlük rəqəmsal cihazlar paneli ilə təchiz olunub.
  • Sistem: Qualcomm Snapdragon 8155 çipi üzərində qurulmuş XingHai OS əməliyyat sistemi.
  • Komfort: Panoramik şüşə tavan, qızdırılan və ventilyasiya olunan oturacaqlar, simsiz şarj imkanı.
  • Təhlükəsizlik: L2 səviyyəli ağıllı sürücü köməkçi sistemi (XingHai Pilot) və 8 təhlükəsizlik balışına malikdir

Texniki Parametr Haqqında Məlumat

* PDF Faylı əldə etmək üçün "Yüklə" düyməsinə basın.

Сравнение моделей

Сравнивать (0)